Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən formalaşmış 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası – andiçmə mərasimi start götürüb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, 27-ci çağırış parlamentin spikeri Mustafa Şentop vəzifə səlahiyyətlərini müvəqqəti olaraq ilk iclasa sədrlik edəcək MHP lideri Devlet Bahçeliyə ötürüb.
“TBMM-ə sədrlik etmək nadir bir vəzifədir. Böyük şərəfdir. 28-çağırışda Məclis parlaq bir başlanğıcla işinə başlayır”, – deyə o Şentop bildirib.
Qeyd edək ki, Türkiyə prezidentinin andiçmə mərasimi sabah baş tutacaq.
Bu xəbər ilə bağlı
Türkiyə parlamenti sabah andiçmə ilə işə başlayır – Sədr Bahçeli olacaq