Sentyabrın 14-də metro açılır? – Rəsmi AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalara gedilir. Gələn həftədə də növbəti yumşalmalara gedilməsi gözlənilir. Bundan əlavə sentyabrın 14-də Bakı metrosunun açılacağı ilə bağlı iddialar da var. Həmin vaxt metro açıla bilərmi?

Mövzu ilə bağlı Milletinsesi.az-ın sualını cavablandıran “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun nə zaman açılacağı ilə bağlı rəsmi məlumat yoxdur:

“Bu haqda qərar qəbul etmək Operativ Qərargahın səaliyyətinə daxildir. Biz onlarla sıx işləyirik. Hələ ki, bu barədə nə rəsmi, nə də şifahi məlumat verilib. Buna baxmayaraq gündəlik hazırlıq işlərimizi davam etdirir ki, qərar qəbul edilən kimi fəaliyyətimizi bərpa edə bilək. Bizim işimiz sərnişinlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Elan edilən kimi çalışacağıq. Əvvəlki metodiki göstərişlərə əlavələrin olub-olmayacağı haqda da heç bir rəsmi qərar yoxdur”.

Share: