SEPAH-ın mərkəzində partlayış zamanı 2 nəfər ölüb

SEPAH-ın mərkəzində partlayış zamanı 2 nəfər ölüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

Bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.

 

 

Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir. Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə məlumat verib.

 

Qəzanın səbəbləri araşdırılır.

Mənbə

Share: