Separatçı-terrorçu rejim üzvləri Kəlbəcərin 3 kəndindəki hayklarla görüşdü və…-FOTOLAR

Separatçı-terrorçu rejim üzvləri Kəlbəcərin 3 kəndindəki hayklarla görüşdü və…-FOTOLAR

Rusiyanın himayəsi altında Azərbaycan Respublikasının bir hissəsində bəslənən separatçı-terrorçu hayk rejiminin üzdəniraq “deputat” və digər nümayəndələri Kəlbəcər rayonunun kəndlərində məskunlaşmış soydaşlarıyla görüş keçiriblər.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

 

Məlumata görə, Ruben və Arayikin başçılıq etdiyi kriminal və terrorçu xuntanın üzvləri Kəlbəcər rayonunun “Poqosoqamer” adlandırılmış Dəvədaşı, “Drmbon” adlandırılmış Heyvalı və “Koçoqot” adlandırılmış Yayıcı kəndlərində olublar.

Separatçı “deputat” və məmurlar məhz Moskva və İrəvanın 35 illik işğalçı, faşist, terrorçu xislətli siyasəti sayəsində bədbəxt günə düşmüş, bu gün də Rusiya “sülhməramlı”larının Laçın yolunu bağlı saxlaması nəticəsində ciddi ərzaq, yanacaq qıtlığına məruz qalan erməni kəndlilərə ürək-dirək verməyə çalışıb, onlara mümkün qədər yardım edəcəklərinə söz veriblər…

Sultan Laçın

 

Mənbə

Share: