Separatçılar Xankəndinin mərkəzində etiraz aksiyasına başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Separatçılar Rusiya sülhməramlılarından azərbaycanlıların Xankəndi-Şuşa yolundakı dinc aksiyasını dağıtmağı tələb edirlər.
Separatçılar bu məqsədlə Rusiya sülhməramlılarının Xankəndi-Şuşa yolunda yerləşən nəzarət-buraxılış məntəqəsinə doğru yürüşə başlayıblar.