Serbiya Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Serbiya Silahlı Qüvvələri Kosovo və Metohiyadakı vəziyyətə görə yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər.

 

Bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç məlumat verib:

 

“Respublikanın prezidenti ali baş komandan kimi Serbiya ordusuna hazır olmaq, istənilən tapşırığa cavab verməyə hazır olmaq üçün döyüş hazırlığının səviyyəsini yüksəltmək barədə göstəriş verib”.

 

Mənbə: TASS

 

Mənbə

Share: