Serbiyalı futbolçu “Zirə”yə qayıtdı – Rəsmi

“Zirə” növbəti transferini həyata keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında “Zirə”nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin “Teleoptik”, “Srvena Zvezda”, “Sopot”, “Radinçki”, Ukraynanın “Çernomorets və Yunanıstanın “Levandiakos” klublarının şərəfini qoruyub.

Share: