Ekologiya və Təbii Sərvətlər Nazirliyində Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Nazirliyinin dövlət katibi Senad Mahmutoviç ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, görüş bu gün baş tutub.
Görüş zamanı Azərbaycan ilə Serbiya arasında meşəçilik və su təsərrüfatı sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.