Sergey Lavrov İrana səfər edəcək

Sergey Lavrov İrana səfər edəcək

“İranda Qarabağın Azərbaycanın yurisdiksiyası altına keçəndən sonra regionda yaranmış vəziyyət müzakirə ediləcək…”

 

Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov sabah, oktyabrın 23-də Tehranda danışıqlar aparacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

 

“Lavrovun bazar ertəsi Tehranda danışıqlar aparacağını təsdiq edirik”, – agentlik Zaxarovanın sözlərindən iqtibas gətirib.

 

Məlumatda Rusiya XİN rəhbərinin həmsöhbətləri açıqlanmır.

 

Bundan öncə İranın İRNA agentliyi oktyabrın 23-də Tehranda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığı barədə məlumat verib.

 

Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan İran tərəfindən dəvət alındığını təsdiq edib.

 

“3+3” formatı ona görə belə adlanır ki, bu çərçivədə bir tərəfdən  Azərbaycan, Gürcüstan və Ermənistan, digər tərəfdən isə Türkiyə, Rusiya və İran görüşməlidir.

 

Təmsilçiləri nəzərə alsaq, görüşdə Qarabağın Azərbaycanın yurisdiksiyasına altına keçəndən sonra regionda yaranmış vəziyyət müzakirə ediləcək.

 

Xatırladaq ki, Qarabağ və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə altıtərəfli format təşəbbüsü ilə 2021-ci ildə Azərbaycan və Türkiyə liderləri çıxış edib.

 

Rusiya və İran bu ideyanı alqışlayıb, Gürcüstan isə bəyan edib ki, bu təşəbbüsdə iştirak etməyi planlaşdırmır, lakin Bakı ilə İrəvan arasında sülhə dəstək üçün “üçlük” formatını təklif edir.

 

10 dekabr 2021-ci ildə Moskvada xarici işlər nazirləri müavinləri səviyyəsində regional məsləhətləşmə platformasının ilk iclası keçirilib.

 

Bundan öncə Lavrov bəyan edib ki, Fələstin-İsrail münaqişəsinin ümumregion münaqişəsinə çevrilməsi riski kifayət qədər yüksəkdir.

 

Onun sözlərinə görə, Rusiya hər şeydə İranı ittiham etmək cəhdlərinin təxribat xarakterli olduğunu hesab edir.

Mənbə

Share: