İspaniyalı müdafiəçi Serxio Ramos mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcək.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatı futbolçunun özü də təsdiqləyib. Ramosin sözlərinə görə, o, “başqa rənglər geyinəcək”.
“Sabah xüsusi bir gün olacaq, həyatımın növbəti mərhələsi ilə vidalaşacağam. Bilmirəm neçə yeri vətən adlandırmaq olar, amma PSJ öz azarkeşləri və Parisin özü ilə mənim üçün buna çevrildi” – deyə Ramos “İnstaqram”da yazıb.
Serxio Ramosun 37 yaşı var. O, 2021-ci ildən PSJ-də çıxış edir. Klubun tərkibində iki dəfə Fransa çempionu olub. Ramosun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.