Şevçenko “Çelsi”ni çalışdıra bilər

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “Çelsi”ni çalışdıra bilər.

Qol.az “Le10sport” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi baş məşqçisi Frenk Lempardla yolları ayırsa, klub rəhbəri Roman Abramoviçin yüksək dəyər verdiyi Şevçenko komandaya gətiriləcək.

Andrey Şevçenko futbolçu olduğu vaxt – 2006 – 2008-ci illərdə “Çelsi”də çıxış edib.

Qeyd edək ki, “zadəganlar” Lempardın rəhbərliyi ilə son 6 matçda 1 qələbə qazana bilib. Britaniya mətbuatında Lempardın istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.

Share: