Sevgilisinin 11 yaşlı oğlunu döyüb öldürdü – Azərbaycanda daha bir şok

Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

Goranboy Rayon Prokurorluğundan Milletinsesi.az-a bildirilib ki, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.

Share: