Hər kəs sevmək, sevilmək və unudulmaz bir sevginin baş qəhrəmanı olmaq istəyir. Amma indi danışacağımız sevgi hekayəsi nağılları deyil, qorxulu hekayələri xatırladır. Obsesif xəstəxana işçisi Karl Tanzler və xəstəxanaya yol tapan gözəl Elena Milaqronun baş rol aldığı bu hekayə sizi bir az qorxudacaq.
Sfera.az-a istinadən bildiririk ki, o dövrdə çox ölümcül və ağır xəstəlik olan vərəmə yoluxan Elena 1930-cu il aprelin 22-də anası ilə birlikdə xəstəxanaya gedib. Elenanı ilk gördüyü an ona aşiq olan Karlın dediyinə görə, o illərlə arzuladığı qadın olub. Karl Elenanı bu ölümcül xəstəlikdən xilas etmək və sağaltmaq üçün çox çalışıb. O qədər ciddi çalışıb ki, hətta rentgen aparatını da evinə aparırdı.
Karl xəyallarındakı qadını itirmək barədə düşünmək belə istəmirdi.
Elenanı sevindirmək üçün ona gözəl hədiyyələr və dəbli zinət əşyaları alırdı. Onun xoşbəxtliyi üçün çox şey etməyə hazır idi, amma gözlənilən kədərli son gəldi.
Karlın bütün cəhdlərinə baxmayaraq, Elena vərəm xəstəliyindən 25 oktyabr 1931-ci ildə vəfat edib.
Pərişan olan Karl sevdiyi qadının dəfn xərclərini öz pulu ilə ödəyib və hətta Elenanın ailəsinin razılığı ilə onun üçün məqbərə də tikdirib. O, hər gecə tikdirdiyi bu məqbərəyə gedir, orada gözləyir, Elena ilə vaxt keçirirdi. Karlın dediyinə görə, Elenanın ruhu hər gecə onun yanına gəlib və onun cəsədini evə aparmasını deyib.
Elenanın ölümündən düz 2 il sonra Karl bir gecə plan qurub.
İndi o, Elenanın arzusunu yerinə yetirib evinə aparacaqdı. Bir gecə qaranlıqda qəbiristanlığa gizlicə girib və qadının çürümüş cəsədini məzarından çıxararaq, evinə aparıb.
Hekayə zaman keçdikcə daha dəhşətli olur.