Seyfəli poliqonunda sursatların utilizasiyası aparılacaq

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Millətin Səsi.az-a bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Share: