Si Cinpinin Rusiyaya gözlənilən səfəri barədə rəsmi AÇIQLAMA

Si Cinpinin Rusiyaya gözlənilən səfəri barədə rəsmi AÇIQLAMA

Çin lideri Si Cinpinin yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir.

 

Modern.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə axşamı keçirdiyi brifinqdə mümkün səfərlə bağlı suala cavab verərkən deyib ki, iki ölkə rəsmiləri bununla bağlı bütün səviyyələrdə sıx əlaqə saxlayırlar.

 

“Çin və Rusiya ikitərəfli münasibətlərin inkişafına kömək etmək və bütün dünyada sülhün və inkişafın qorunmasına töhfə vermək üçün müxtəlif səviyyələrdə sıx əməkdaşlıq edir”, – deyə diplomat Çin liderinin Rusiyaya mümkün səfəri barədə suala cavab verərkən bildirib.

 

“Konkret səfərə gəlincə, hazırda paylaşa biləcəyim məlumatım yoxdur”, – Mao Ning əlavə edib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Si Cinpinin bu ilin yazında Moskvaya səfəri Rusiya və Çin arasında münasibətlərdə mərkəzi hadisə olacaq.

Mənbə

Share: