İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
Milletinsesi.az xəbər verir ki, bu barədə 83 yaşlı siyasətçinin xüsusi həkimi Alberto Zanqrillo məlumat yayıb.
Həkim bildirib ki, COVİD-19 analizləri pozitiv çıxan Berluskoni ehtiyat tədbiri olaraq Milandakı xəstəxanaların birində müayinə olunub.
Hazırda siyasətçinin vəziyyətinin normal olduğu deyilir.