Şimali Kipr TDT-yə müşahidəçi statuslu üzv qəbul olunub

Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

 

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

 

“Bununla kirpli qardaşlarımızın yalnız olmadığını göstərək həll prosesinə töhfə veririk. Sizə ayrı-ayrılıqda xüsusi təşəkkür edirəm”, – dövlət başçısı vurğulayıb.

Mənbə

Share: