Şimali Koreya Rusiyaya 1000 konteyner hərbi texnika yollayıb

Şimali Koreya Rusiyaya 1000 konteyner hərbi texnika yollayıb

“ABŞ tərəfində Şimali Koreyanın Rusiyaya 1000 konteynerdən çox hərbi texnika və sursat tədarük etdiyi barədə peyk görüntüləri ilə təsdiqlənmiş məlumat var”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

 

“Biz hesab edirik ki, Pxenyan sursat müqabilində Rusiyadan digər hərbi texnologiyalar almaq istəyir”, – deyə o qeyd edib.

 

Xatırladaq ki, bununla bağlı daha əvvəl də müxtəlif məlumatlar yayılmışdı.

Bu xəbər ilə bağlı

Bilinməzlər ölkəsi: Şimali Koreyanın hərbi gücünü artırmağa kimlər kömək edir…


Xəbəri oxu

Mənbə

Share: