Şimali Koreya Yapon dənizinə raket atdı

Şimali Koreya Yapon dənizinə raket atdı

Şimali Koreya çərşənbə axşamı Yapon dənizinə doğru bir neçə ballistik raket atıb.

Millətin Səsi.az xəbər verir ki, “Kyodo” xəbər agentliyinin məlumat yayıb.

Yaponiya hökumətindəki mənbələr bildiriblər ki, mərmilər ölkənin müstəsna iqtisadi zonasından kənarda Yapon dənizinə düşüb.

Bundan əvvəl Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın raket buraxılışları barədə məlumat vermiş və bölgədəki bütün gəmiləri dağıntılarla qarşılaşdıqda səlahiyyətliləri xəbərdar etməyə və ondan uzaq durmağa çağırmışdı.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yaponiya Müdafiə Nazirliyi və Baş Nazir Takaiçinin ofisi buraxılışla bağlı məlumat toplamaq üçün çalışır. Hakimiyyət ictimaiyyəti məlumat üçün rəsmi mənbələrə istinad etməyə çağırıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, bu, Şimali Koreyanın yanvarın 4-dən bəri ilk, 2026-cı ildə isə ikinci raket buraxılışıdır.

Share: