Simptomsuz xəstələr 2 həftə başqalarını yoluxdurur – ÜST

Dünya Səhiyyə Təşkilatının məlumatına görə 23 % yoluxanlar xəstəliyi simptomsuz keçirir.

Milletinsesi.az xəbər verir ki, ÜST-ün Avropa bürosunun əməkdaşı Oleq Storojenko simptomsuz xəstələrin yoluxmada rolunu açıqlayıb.

Virusun bir insandan digərinə keçmə dövrü 1-2 həftədir.

Bu müddət ərzində istənilən yoluxan ərtafdakılar üçün təhlükəlidir.

Orta və ağır xəstələrdən virus 3-4 həftə ətrafa keçə bilər.

Reanimasiyaya düşən xəstələrdə bu dövr daha uzundur.

Simptomsuz xəstələr isə ən azı 2 həftə ətrafa virusu yaya bilir. Bu qrupa xüsusən uşaqlar daxildir.

Çox maraqlı məqamlar qaçqın düşərgələri ilə bağlıdır. Biz orda ciddi yoluxma və ağırlaşmalar görmürük. Orda insanların çoxu gənclərdir. /medicina.az

Share: