Sinan Oğan qərarını AÇIQLADI

Sinan Oğan qərarını AÇIQLADI

ATA İttifaqının Türkiyə prezidenti postuna namizədi olmuş Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb.

 

Modern.az bildirir ki, bununla bağlı mətbuat konfransı keçirən Oğan seçkilərin ikinci turunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

 

O, çıxışı zamanı Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğunu deyib.

 

Qeyd edək ki, Sinan Oğan seçkilərin ilk turunda 5%-dən çox səs toplayıb. Onun namizədi olduğu ATA İttifaqına daxil olan Ədalət Partiyası isə CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləyib, Zəfər Partiyası isə qərarını sabah açıqlayacaq.

Mənbə

Share: