Uzun illərin siqaret çəkənləri yaxşı bilir ki, hansı qidalar siqaretin dadını yaxşılaşdırır, hansılar əksinə korlayır. Amma çoxları bilmir ki, bir çox qidalar var ki, nikotinin təsirini azaldıb, siqaretdən zəiflədən orqanizmi bir qədər dəstəkləyə bilir.
Alimlər siqaret çəkənlərin menyusunda hər gün olmalı ərzaqları sadalayıb.
Milletinsesi.az həmin siyahını təqdim edir
1.Süd və süd məhsulları
Siqaretdən öncə 1 stəkan süd için. Bu çəkəcəyiniz siqaretin dadnı pozacaq və sizi ikinci siqareti çəkməkdən saxlayacaq. Əgər siqaretləri süddə isladıb, sonra qurudub çəksəz, çox güman ki, siqaretdən uzaqlaşacaqsız.
2.Kivi, portağal
Siqaret çəkənlərin C vitamininə tələbatı 2,5 dəfə çoxdur. Ona görə bu ehtiyacı ödəmək üçün onlar gündə 2 ədəd portağal, qrepfrut, kivi, limon, yaşıl bibər yeməlidir.
3.Brokkoli
Ağciyərləri qoruyur. Brokkolidə olan sulforalin ağciyərləri DNT səviyəssində zədələnmədən qoruya bilir.
4.Dəniz məhsulları
Siqaret çəkənlərin damarları tutulur, atreroskleroz yaranır. F vitamini ilə zəngin dəniz kələmi, semqa, seld bunun qarşısını ala bilər
5.Kərəviz
Siqaretdən öncə kərəviz salatı yemək və ya kökünü çeynəmək siqaretin dadını öldürəcək, siqaret arzunuzu azaldacaq. Eləcə də badımcan, sparja, kabak, xiyar da eyni təsir edir.
6.Qırmızı şərab
Bir qədəh quru qırmızı şərab siqaret çəkənləri ağciyər xərçəngindən qoruya bilər. Eləcə də siqareti atanlar şərabdan içməlidir.
7.Nar, vişnə, portağal şirəsi
Təzə sıxılmış şirələr nikotinlə dolu orqanizmi detoks edəcək. Siqaret çəkənlərin mayeyə tələbatı da çox olur. Siqaret tüstüsünün toksinləri də bu şirələr zərərsizləşdirəcək. Ona görə hər gün səhər və axşam bir stəkan şirə için. / Medicina.az