Sirkə koronavirusu öldürmür – Ev xanımlarının nəzərinə

Mütəxəssislər koronavirus epidemiyası zamanı evdə bütün səthləri (döşəmə, masalar və s.) tez-tez dezinfeksiya etməyi tövsiyə edirlər.

Bu məqsədlərlə spirt (ən azı 60%-li), “perekis”, tərkibində xlor olan təmizləyici vasitələrdən istifadə etməyi tövsiyyə edilir. Vasitəni səthlərə çəkib bir neçə dəqiqə saxlamaq və sonra təmiz su ilə silmək lazımdır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, sirkə və soda kimi vasitələr koronavirusa qarşı effektli deyil və mütəxəssislər evdə dezinfeksiya işləri apardıqda onlardan istifadə etməyi tövsiyyə etmirlər.

Share: