Sırski və Ömərov cəbhənin qaynar istiqamətlərinə səfər edib

Sırski və Ömərov cəbhənin qaynar istiqamətlərinə səfər edib

“Əməliyyat şəraiti son dərəcə mürəkkəb və gərgindir, işğalçılar səylərini artırır və şəxsi heyətdə say üstünlüyünə malikdir…”

 

“Düşmənin itkiləri Ukraynanın itkilərindən xeyli çoxdur, çünki o, “top yemi” taktikasını tətbiq etməkdə davam etdir…”

 

Ukrayna Silahlı Qüvvələri itkilərimizin minimuma endirilməsi və döyüşçülərimizin həyatının qorunub saxlanılması üçün bütün mümkün olan tədbirləri görür.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bəyan edib. Məlumatı “kurs.com.ua” nəşri məlumat yayıb.

 

Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski və müdafiə naziri Rüstəm Ömərov Avdeyevka və Kupyansk istiqamətlərində müdafiə olunan hərbi hissə və bölmələrinə işçi səfərə yollanıb.

 

“Əməliyyat şəraiti son dərəcə mürəkkəb və gərgindir. Rusiya işğalçıları öz səylərini artırmaqda davam edir və şəxsi heyətdə say üstünlüyünə malikdir. Onlar itkilərlə hesablaşmır və “top yemi” taktikasını tətbiq etməkdə davam edir”, – Baş Komandan deyib.

 

Onun sözlərinə görə, son sutka ərzində Avdeyevka istiqamətində ukraynalı döyüşçülər rusiyalı işğalçılarının 29 hücumunu dəf edib. Düşmən həmçinin idarəedilən aviasiya bombaları ilə zərbə vuran aviasiyadan fəal surətdə istifadə edir.

 

Qeyd edilir ki, müdafiə naziri və Baş Komandan yerlərdə müdafiə tədbirləri həyata keçirən briqada, taktiki qrup və qruplaşmaların komandirlərini dinləyib. Mövcud resurslar və Ukrayna qoşunlarının tələbatları təhlil edilib. 

 

“İşlərin yekunu olaraq biz hərbi hissələrimizin döyüş imkanlarının gücləndirilməsinə və düşmənin fəaliyyətinin qarşısının alınmasına yönələn bir sıra mühüm qərarlar qəbul edilib.

 

Biz düşmənin ərazilərimizin dərinliyinə doğru hərəkət etməsinə yol verməmək və əldə olan mövqelərin qorunub saxlanılmasını təmin etmək üçün bütün mümküm olanları edirik.  Mürəkkəb vəziyyətə rəğmən, Ukrayna Müdafiə Qüvvələri düşməni xeyli itkilərə məruz qoyur”, – Sırski qeyd edib.

 

Cəbhədə vəziyyət-mühüm xəbərlər

 

USQ Baş Komandanının sözlərinə görə, Rusiya Kupyanskı nəyin bahasına olursa-olsun ələ keçirməyi qarşısına məqsəd qoyub.

 

Onun sözlərinə görə, Kremlin itkiləri Ukraynanın itkilərindən 7-8 dəfə çoxdur.

 

Avdeyevka istiqamətində də vəziyyət mürəkkəb olaraq qalmaqdadır. 110-cu briqada bölmələrinin bir hissəsi iki il ərzində ilk dəfə olaraq rotasiya edilir.

Mənbə

Share: