Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
Modern.az-ın məlumatına görə, hadisə saat 11.30 radələrində qeydə alınıb.
Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.