Donetskin Yuzovsk məntəqəsində və Xabarovskda şist qazı ilə bağlı aparılan qazıntılar regionda ekoloji fəlakətə gətirib çıxara və xəstəlikləri artıra bilər.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Həyat Naminə Müxalif Platforma Partiyasının bəyanatında deyilir.
“Hökumətin Donetsk bölgəsindəki Svyatoqorsk icmasının kəndlərində şist qazının çıxarılması layihəsi ətraf mühitə böyük ziyan vura və bütün Donbas üçün ekoloji fəlakətə çevrilə bilər”, – deyə bildirilib.
Partiyanın bəyantında qeyd edilir ki, sözügedən qazıntılar ətraf mühiti – qrunt və axar suları kompleks şəkildə çirkləndirəcək və müxtəlif xəstəliklərə gətirəcək.
Qeyd edək ki, Həyat Naminə Müxalif Platforma Partiyası rusiyayönlüdür.