Siz nə iş gördüyünüzü bilirsiniz, ey TƏBİB?”

Deməli, bir neçə gün əvvəl koronavirus testi (mütəmadi elətdirirəm) verdim. Bu dəfə həm yaxma, həm də qandan test elətdirdim. Qan testinin nəticəsində göründü ki, mən əvvəl koronavirusa yoluxmuşam, amma yaxma da pozitiv oldu. Heç bir əlamət yox, hər şey normal, ailə üzvlərinin test nəticələri neqativ, üstəlik qan testinə görə hazırda yaxma test cavabı pozitiv çıxa bilməz. Yenidən test elətdirdim, bu dəfə cavab neqativ oldu. Testləri qarşılaşdırdılar və s. Yekun qərara gəldilər ki, test cavabı neqativdir, mən koronavirusa yoluxmamışam. Bunu da TƏBİB-in sistemində əks etdirdilər.
İndi karantinlə bağlı icazə almaq lazım olanda məlum olur ki, mənə icazə alına bilməz, çünki “koronavirus xəstəsiyəm”.
İndi suallar ortaya çıxır:
– Niyə TƏBİB-in sistemindəki sonuncu məlumat deyil, testin cavabının müsbət çıxdığı məlumat əsas götürür?
-ASAN-ın İcazə portalı APİ ilə məlumatı çəkirsə, yenilənmiş məlumatı niyə çəkmir?
-Testin səhv nəticəsinə görə mən niyə 14 gün təcrid olunub, işimdən gücümdən qalmalıyam? Kim verib bu haqqı bu adamlara?
-TƏBİB bu 5 gün ərzində niyə məni bir dəfə axtarmayıb, koronavirus xəstəsi olmağım barədə məlumat niyə telefonuma, emailimə gəlməyib? Niyə bir zəng belə olmayıb? Cavab var: çünki testin neqativ cavabını əsas götürüblər. Yaxşı bəs icazə almaq lazım olanda niyə testin müsbət cavabını əsas götürürlər?
– Bəs polis yoxlanışı hansı sistem əsasında aparır? Əgər yoxlanış TƏBİB sistemi əsasında aparılırsa, orda mən koronavirus xəstəsi deyiləm, buna görə də polis məni saxlayıb yoxlamayıb. Bəs axı mən bu 5 gündə xeyli adamı yoluxdurmuş oluram. Bunun məsuliyyətini kim çəkəcək, ey TƏBİB?
Və sonuncu sual: ümumiyyətlə, siz nə iş gördüyünüzü bilirsiniz, ey TƏBİB?
Vüsalə Mahirqızı, APA Holdinqin rəhbəri
Share: