“Sizin prezident it ifrazatı, əclaf, yaramaz və hərbi cinayətkardır…”

“Siz ya Ukraynaya, azadlığa, ədalətə, dürüstlüyə, qayda-qanuna tərəfdarsınız, ya da şərin yanında yer almısınız…”

 

“Siz hələ də anlamırsınız ki, faşist ölkədə yaşayırsınız və sizə beynəlxalq hərbi cinayətkar rəhbərlik edir…”

 

“Siz Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyirsinizsə, elə Putinin tayısınız…”

 

“Rusiya adlı ölkənin öz şərində, nifrətində, rəzilliyində canı çıxacaq…”

 

 “Sizin prezident it ifrazatı, əclaf, yaramaz və hərbi cinayətkardır. Əgər məni anlamırsınızsa, Siz də onun tayısınız…”

 

Ukraynalıların Rusiya prezidenti Vladimir Putin və Rusiyanın özü haqqında emosional fikir yürütməyə tam haqqı var, çünki bu ölkə Ukrayna ərazisində dağıdıcı müharibə törədib.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon yanvarın 5-də YouTube-strim zamanı bəyan edib.

 

Bu, jurnalistin rusiyalı aktyor Stanislav Sadalskinin sözlərinə münasibəti olub.

 

YouTube kanalında “Manuçi empatiyası” proqramında aktyor bəyan edib ki, onun fikrincə, Qordonun Putini tənqid etməyə haqqı yoxdur.

 

“Mən Dmitri Qordonu çox sevirəm. Dima Qordonun bizim prezidetimiz barədə belə damışmağa haqqı yoxdur. Mən ki, onun prezidenti haqqında belə nalayiq sözlər demirəm…Mən Putin haqqında danışa bilərəm, çünki bu ölkədə yaşayıram. Onun belə danışmağa haqqı yoxdur, amma Zelenski də mənə xoş deyil”, – Sadalski deyib.

 

Bu müsahəsində o, özünü “Putinin pərəstişkarı” adlandırıb.

 

Qordon deyib ki, Sadalskiyə açıq cavab vermək qərarına gəlib və xatırladıb ki, onunla bir neçə müsahibəsi olub.

 

“Stanislav Yuryeviç mənim sevimli artistimdir, mən ondan bir neçə parlaq müsahibə almışam, onunla ünsiyyət həmişə maraqlı olub. Qeyri-adi, parlaq, ziddiyyətli, amma maraqlı insandır. Stanislav, mən Sizə demək istəyirəm: sizin prezident it iftazatıdır, əclafdır, yaramazdır, heyandır, sonuncu fahişədir…

 

Biz Ukraynada ona nifrət edirik və bu nifrətə haqqımız çatır. Və mənim də ona bu sözləri deməyə haqqım çatır. Mən ağlıma gələn bütün sözləri ifadə etmirəm, çünki onlar söyüş leksikonuna aiddir…Siz mənim nə demək istədiyimi anlayırsınız”, – jurnalist artistə müraciətlə deyib.

 

Qodon Putini hərbi cinayətkar adlandıraraq deyib ki, “həbsxana onun üçün darıxıb”.

 

“Mən anlamıram, Siz Rusiyada olaraq, anlamırsınız ki, faşist ölkədə yaşayırsınız, sizə beynəlxalq hərbi cinayətkar rəhbərlik edir, həbsxana onun üçün darıxıb, mən əminəm ki, o, sağ qalarsa, tribunaldan sonra o, elə orada, həbsxanada olacaq”, – jurnalist vurğulayıb.

 

O, deyib ki, şəxsi söhbətlərində Sadalski əvvəllər Ukrayna və ukraynalılara heyranlığını gizlətməyib.

 

“Stanislav, Siz Ukraynada olmusunuz. Siz dəfələrlə mənə Ukraynaya olan sevginizi etiraf etmisiniz. Siz 2013-cü ildə Kiyevdə “Ukrayna” mehmanxanasına müsahibə üçün gələndə Kiyevdə aldığınız Ukrayna rəmzləri və suvenirləri mənə hədiyyə etmisiniz. Siz mənə demişdiniz: 

 

“Ukrayna necə də gözəl ölkədir! Buralar necə də gözəldir, havası, teatr və kinonu sevən insanları gözəldir!” Doğrudanmı Sizə elə gəlir ki, faşist Rusiyasının ölkəmizə hücumu ədalətlidir? Doğrudanmı Sizə elə gəlir ki, günlərin bir günü gəlib uşaqları, qocaları öldürmək, gözəl şəhərlərimizi bombayıb dağıtmaq olar?

 

Siz 21-ci əsrdə bunu mümkün hesab edirsiniz? Və Siz hesab edirsiniz ki, bizim sizin füreri söyməyə haqqımız yoxdur? O, nə qədər tez cəhənnəmə vasil olarsa, bir o qədər yaxşı olar! O, leşdir! Stanislav, Siz bunu anlamırsınızsa, mənim Sizə yazığım gəlir. Əgər Siz Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyirsinizsə, demək, elə Putinin tayısınız”, – Qordon deyib.

 

O, əlavə edib ki, Sadalskiyə Putini müdafiə etməyi deyil, Rusiyadan getməyi məsləhət görüb.

 

“Tezliklə bu ölkənin sonu çatacaq, dəhşətli sonluq olacaq, bu ölkənin öz şərində, nifrətində, rəzilliyində canı çıxacaq. Rusiya adlanan kütbeyin, alcaq, ədalətsiz, faşist ölkədən danışıram. Biz Ukraynada bu ölkəyə, bu dövlətə, Putinə, Medvedevə, Şoyquya, Gerasimova, Priqojinə, Qazmanova…bütün bu əclaflara, leşlərə, it zibillərinə nifrət edirik. Hamısına lənət olsun, cəhənnəmə getsinlər. Mənim Sadalskiyə deyəcəyim bu qədər. Məni anlayarsa, çox yaxşı, anlamazsa, o da elə Putinin tayıdır”, – Qordon deyib.

 

Jurnalist vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumundan sonra o, heç kimin nazıyla oynamır və hətta yaxşı tanıdığı adamlar barəsində də özünü saxlaya bilmir.

 

“Hamısından bezmişəm. Bir arxaları ilə iki yerdə əyləşmək istəyənlərdən, Putini ya qorxusundan, ya da səmimi olaraq tərif edənlərdən, bu zaman “Biz ukraynalılara da yaxşı münasibət göstəririk” deyənlərdən bezmişəm. 

 

Yox, uşaqlar, müəyyən etmək zamanıdır: ya siz azadlığa, Ukraynaya, ədalətə, dürüstlüyə, qanuna, qaydalara tərəfdarsınız, ya da şərin yanında yer almısınız. Bunu müəyyənləşdirin!”, – jurnalist deyib.

Mənbə

Share: