Slovakiya – Azərbaycan oyununda ukraynalı hakimlər

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya – Azərbaycan matçının təyinatları açıqlanıb.

Qol.az-ın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sergey Boykoya yan xətt hakimləri – Vladimir Volodin və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu gün “Bakcell Arena”da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya – Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Share: