Slovakiya hökuməti Ukraynadan çoxlu sayda insan gəldiyinə görə fövqəladə vəziyyət elan edib.
Millətin Səsi.az xəbər verir ki, Slovakiya hökuməti Nazirlər Kabinetinin bu gün keçirilən iclasında fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Daxili İşlər Nazirliyinin təqdim etdiyi hesabatda Slovakiyaya gündə 10 mindən çox ukraynalının daxil olduğu bildirilir. Slovakiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirib ki,
“Ukraynalılara müvəqqəti sığınacaq statusu veriləcək”
Slovakiyanın Baş naziri Eduard Heqer verdiyi açıqlamada, “Əslində heç nə dəyişməyib, Slovakiya olaraq Covid-19 səbəbiylə 2 ildir fövqəladə vəziyyətdəyik. Yalnız indi bu, Ukraynadakı vəziyyətlə əlaqələndiriləcək. Kənar həyatda heç nə dəyişməyəcək. Bu qərar ölkəmizə gələn ukraynalılara müvəqqəti sığınacaq statusunun verilməsi üçün zəruri şərtdir. Hələlik ukraynalılar 90 günə qədər Avropa İttifaqında qala biləcəklər. Bu status onlara daha uzun müddət təhlükəsiz qalmaq imkanı verəcək. Çətin vəziyyətdə olan Ukrayna xalqına toplanan yardımlara görə mən də xalqımla fəxr edirəm.