Cəlilabad rayonunda 77 yaşlı qadın faciəli şəkildə ölüb.
Millətin Səsi.az xəbər verir ki, rayon sakini – 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən soba onun üzərinə aşıb.
Nəticədə qadın yanaraq ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


