Milletinsesi.az xəbər verir ki, növbəti həftə (31 iyul, 1, 2 və 4 avqust tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Qımılqışlaq kəndi), 2-ci günü Siyəzən rayonunda (Yenikənd kəndi), 3-cü günü Qusar rayonunda (Avaran kəndi), 5-ci günü isə Quba rayonunda (Qəcər-Zeyid kəndi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.