Soğan haqqinda bilmədikləriniz

Soğan orqanizm üçün ən faydalı olan tərəvəzlərdən biridir. Onun tərkibində A, B və C vitaminləri maqnezium, kalsium, sodium, yod, fosfor və kükürd var. Bu səbəblərə görə soğan bəzi xəstəliklərin baş verməsini qarşısını ala bilmək qabiliyyətinə malikdir.
– Soğan bədənin müqavimətini artırır, bədəni gücləndirir.
– Zehni yorğunluğu aradan qaldırır.
– İmmuniteti artırır.
– Nəfəs yollarını açır və öskürəyi kəsir.
– Damar darlığını aradan qaldırır.
– Soyuqlqma və astma xəstəliyin sağalmasını sürətləndirir.
– Böyrək qumlarını tökür.
– Böyrək ağrılarını kəsir.
– Mikroböldürücü təsirə malikdir.
– Bədəndə və qanda olan zərərli maddələri təmizləyir.
– Qaraciyər fəaliyyətini sürətləndirir.
– Əsəbləri sakitləşdirir.
– Yaddaşı gücləndirir.
– Cinsi həvəsi artırır.
1. Soğanı yüngülcə pörtlədib barmaq dolamasının üstünə qoyduqda xəstəliyin əlamətləri aradan qalxır.
2. Qrip xəstəliyi zamanı buruna bir-neçə damcı soğan suyu damdırmaq burun əlamətlərini aradan qaldırır.
3. Evdə zökəmli xəstə varsa, körpə uşağın yastığının baş tərəfinə dilimlənmiş soğan qoyularsa, xəstəlik körpəyə yoluxmaz.

Milli.Az

Share: