“Söhbətimiz alınmadı…” – Almanlar “Peterburq dialoqu”nu bağlayır…

“Söhbətimiz alınmadı…” – Almanlar “Peterburq dialoqu”nu bağlayır…

“Berlin və Moskva arasında münasibətlər pisləşdikcə, forumun rolu və əhəmiyyəti azalıb…”

 

Nə zamansa populyar olan Almaniya-Rusiya forumu olan “Peterburq dialoqu”, böyük ehtimalla, bağlanacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri alınan sənədə istinadən məlumat yayıb.

 

Sənədə görə, gələn ilin birinci rübündə “Peterburq dialoqu” üzvlərinin idarə heyətinin sorğusu üzrə keçiriləcək ümumi iclasında forumun rəsmən buraxılması haqqında qərar qəbul ediləcək.

 

“Peterburq dialoqu”nu fondlar, biznes-birlik və Almaniya xarici işləri nazirliyi maliyyələşdirilib. 

 

Berlin və Moskva arasında münasibətlər getdikcə pisləşdikcə forumun rolu və əhəmiyyəti azalıb”, nəşr qeyd edir.

 

2021-ci ilin iyulunda “Peterburq dialoq”unun alman təşkilat komitəsi Almaniya-Rusiya işçi qruplarının ikitərəfli tədbirləri və iclaslarının dayandırılması barədə bəyan edib.

 

İzah edildiyi kimi, söhbət forumun qeyri-müəyyən vaxta dayandırılmasından gedir.

 

Almaniya bu qərarı Rusiya Baş prokurorluğunun Almaniyanın üç qeyri-hökumət təşkilatlarının- “Alman-rus mübadiləsi”, “Liberal müasirlik mərkəzi” və “Rusdilli avropalılar forumu”nun Rusiyada “arzuolunmaz” elan edilməsi barədə qərarı ilə əlaqələndirir.

 

“Peterburq dialoqu” 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin və AFR-in o zamankı kansleri Qerhard Şröder tərəfindən təsis edilib.

 

Bu müddət ərzində forumun iclası yalnız bir dəfə, 2014-cü ildə Krımın ilhaqından sonra ləğv edilib.

 

2020-ci ildə “Peterburq dialoqu” pandemiya səbəbindən ləğv edilib.

 

2022-ci ilin mayında AFR-in sabiq kansleri Qerhard Şröder və “Simal axını-2” qaz kəmərinin Almaniyada baş lobbiçisi Mattias Varniq sanksigalar səbənindən Rusiyanın “Rosneft” dövlət korporasiyasının direktorlar şurasını tərk edib.

 

Həmin ilin avqust ayında Putinin alman dostu Rusiyanın nə istədiyini deyib-Ukrayna ilə danışıqlar və “Şimal axını-2”.

Mənbə

Share: