Şok: Rusiyanın 46 min əsgəri sıradan çıxdı…

11 gün ərzində Ukrayna ordusu Rusiya ordusunun 46 minə qədər əsgərini neytrallaşdırmağı bacarıb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Strategiyası Mərkəzinin rəhbəri, sabiq müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

O bildirib ki, bu rəqəmə ölən, yaralanan və əsir düşən rus əsgərləri daxildir.

Onun sözlərinə görə, 24 fevralda Ukraynaya Rusiyanın 145 minlik ordusu daxil olub – 110 min quru qoşunu, 35 min isə xüsusi qüvvələr (OMON, SOBR, Rusiya Qvardiyası).

Zaqorodnyuk deyib ki, hazırda Rusiyanın Ukraynada 100 minə qədər qüvvəsi qalıb.

Saabiq nazir bildirib ki, 6 mart tarixinə qədər düşmən ordusu 11 min əsgər itirib, 35 minə yaxın isə yaralısı var.

Share: