Son 6 ayda DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 milyon manat artıb

Son 6 ayda DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 milyon manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 milyon manat çox olmaqla 3 milyard 271 milyon manat təşkil edib.

 

Nazirliyin İctimasaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 milyon manat artaraq 2 milyard 531 milyon manat olub.

 

Son 6 ayda DSMF-nin xərcləri 3 milyard 9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 milyon manat çoxdur.

 

Mənbə

Share: