“Son iki ildə ermənilər atəşkəs rejimini 258 dəfə pozublar”

“Son iki ildə ermənilər atəşkəs rejimini 258 dəfə pozublar”

“Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağda atəşkəs rejiminin icrasına nəzarət və monitorinq etmək məqsədilə yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz işini davam etdirir”.

 “Haber Global”ın məlumatına görə, bu barədə mərkəzdən xəbər verilib.

Bildirilir ki, regionda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində fəaliyyət göstərən mərkəz öz kəşfiyyat və müşahidə avadanlığı, o cümlədən PUA-ları ilə pozuntuları müəyyən edir və həmin faktlar sənədləşdirilir.

“Bu çərçivədə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfindən 30 yanvar 2021-ci il tarixindən etibarən Ermənistan tərəfindən 258 atəşkəs pozuntusu müəyyən edilib”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.

Mənbə

Share: