Son sutkada 57 nəfər yoluxdu, ölən olmadı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 822 485 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 087 nəfər müalicə olunaraq sağalıb, hazırda 467 aktiv xəstə var. İndiyədək 9931 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1897, ümumilikdə isə 7 284 670 test icra olunub.

 

Mənbə

Share: