“Sosial şəbəkələrin bağlanması ilə bağlı plan yoxdur”

“Sosial şəbəkələrin bağlanması ilə bağlı plan yoxdur”
“Sosial şəbəkələrin bağlanılması ilə bağlı hər hansı plan yoxdur”.
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, sosial şəbəkələrin tənzimlənməsi məsələsində artıq konsensus əldə edilib: “Necə ki, real həyatda təhqir, böhtan, şəxsi məlumatların yayılması, terror təbliğatı cinayət əməlidirsə, virtual dünyada da bütün bunların hamısı cinayət əməli hesab olunmalıdır. Bu məsələdə müxtəlif ölkələrin müxtəlif təcrübələri var. Hazırda həmin təcrübələr öyrənilməklə parlamentdə bu məsələyə baxılır”.
Türkiyə Prezidentinin məsələ ilə bağlı parlamentə çağırış etdiyini xatırladan İ. Kalın qeyd edib ki, burada müxalifətin susdurulmasından söhbət gedə bilməz.
“Xeyr, belə bir şey yoxdur. Real həyatda da müxalifət müxalifətliyini edir”, – deyə Türkiyə Prezidentinin sözçüsü vurğulayıb. (APA)
Share: