Şotlandiyanın birinci naziri Humza Yousafın xanımının valideynləri Qəzzanı tərk ediblər.
Elizabet Əl-Nakla və onun həyat yoldaşı Magid noyabrın 3-də Rəfah keşidi vasitəsilə Qəzzanı tərk ediblər.
Şotlandiyanın birinci nazirinin qayınanası və qayınatası artıq Şotlandiyadadırlar.
Qeyd edək ki Şotlandiyanın birinci naziri bir neçə gün əvvəl “X” hesabında paylaşımlar edərək qayınanası və qayınatasının Qəzzada olduqlarını və onların həyatından narahatlıq duyduğunu ifadə etmişdi.