“Soyqırımı”nın tanınması bizə təsəllidən başqa bir şey vermir

Ermənistanın diasporla iş üzrə baş komissarı Zare Sinanyan qondarma erməni “soyqırımı”nın tanınması barədə danışıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, parlamentdə çıxışı zamanı bu mövzuya toxunub.

 

Sinanyan artıq prosesin beynəlxalq səviyyədə başa çatdığını bildirib.

 

“Tanınma erməni xalqına təsəllidən başqa bir şey vermir”, – komissar söyləyib.

 

“Erməni xalqı tarixi sınaqların öhdəsindən gələ biləcək. Bu kontekstdə mövcud reallıqlarla hesablaşmağa və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini deyən baş nazir Nikol Paşinyanın diplomatik leksikonuna anlayışla yanaşmağa çağırıram”, – deyə o əlavə edib.

Mənbə

Share: