
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada Cənubi Donetsk istiqamətində hərbi əməliyyatlar keçirən “Şərq” qruplaşmasının qoşunlarında yoxlama aparıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) mətbuat xidməti məlumat yayıb.
Nazirin qruplaşmaya daxil olan qoşun birləşmələrinin birində komanda məntəqəsinə baxış keçirdiyi qeyd olunub. Yoxlama zamanı hərbi hissə komandirinin məruzəsi dinlənilib
Məruzədə mövcud vəziyyət və qoşunların hərəkət istiqamətləri barədə məlumat verilib.