
Rusiya və Ermənistan müdafiə nazirlərinin müavinləri görüş keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş Rusiyanın paytaxtı Moskva şəhərində baş tutub. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Aleksandr Fomin və Ermənistan MN-in başçısı Suren Papikyanın müavini Karen Brutyan regional təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edilib ki, görüş Brutyanın Rusiyaya səfəri çərçivəsində keçirilib.