“Söz”ün aktyoru atasını məhkəməyə verib

2016-cı ildə “Survivor” yarışmasının qalibi olan, kikboksçu-aktyor Avatar Atakan atasını məhkəməyə verib.

Axşam.az xəbər verir ki, buna səbəb isə atasının aktyoru təhdid etməsi olub.

“İki sayfa” verilişinə açıqlama verən Atakan valideynini bağışlamayacağını bildirib:

“Elə şeylər var ki, onları heç vaxt bağışlamaq olmur. Məni təhdid etdiyinə görə onu həyatım boyunca bağışlamayacağam. Bu haqda ətraflı danışmaq istəmirəm. Bütün deyilməli sözləri şikayətimdə yazmışam”.

Qeyd edək ki, Avatar Atakan “Söz” serialında rol almışdı.

Share: