“Sportinq”dən “Napoli”yə

“Sportinq”dən “Napoli”yə

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi “Sportinq”dən Alisson Santosu icarəyə götürüb. 23 yaşlı cinah oyunçusu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Müqaviləyə birdəfəlik transfer hüququ da daxildir.

Qeyd edək ki, Alisson cari mövsüm “Sportinq” ilə 17 oyuna çıxıb.

Share: