Şri-Lankanın Baş naziri müxalifətə şərt qoyub

Rəsmi Kolomboya maliyyə yardımı məsələsi ilə bağlı Beynəlxalq Valyuta Fondu ilə danışıqları davam etdirmək üçün hazırkı kabinet getdikdən dərhal sonra Şri-Lankanın bütün tərəflərin nümayəndələrindən ibarət yeni hökuməti yaradılmalıdır.

Millətin Səsi.az xəbər verir ki, bunu jurnalistlərə kütləvi etirazlar fonunda istefa verməyə razı olan adanın Baş naziri Ranil Vikramasinkh bildirib.

“Mövcud kabinet gedən kimi yeni hökumətin təyin olunması çox vacibdir. Yeni hökumət Beynəlxalq Valyuta Fondu ilə qarşılıqlı əlaqəni davam etdirmək və tezliklə adaya gəlməli olan BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri ilə danışıqlar aparmaq üçün hakimiyyətdə olmalıdır”-deyə, o bildirib

Share: