Gürcüstanda 9 Aprel faciəsinin 32-ci ildönümü tamam olur.
1989-cu ilin bu günündə sovet ittifaqının hərbi qüvvələrinin bir hissəsi Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı amansızlıqla dağıdıb.
Nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub, minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.
Qanlı hadisədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə qanlı səhifə ilə yanaşı, dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.
Bu gün Gürcüstanda qeyri-iş günüdür.
Gürcü xalqı dövlət müstəqilliyi uğrunda canlarından keçən qəhrəman övladlarının əziz xatirəsini parlament binasının qarşısındakı memorial abidə önündə yad edir.