NATO-nun baş katibi Yens Stoltenberq İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Türkiyə səfirliyi yaxınlığındakı aksiyada Quranın yandırılmasını şərh edib.
Modern.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, o, Ərdoğanı İsveçin NATO-ya daxil olmasını “bloklamaq təhdidi”nə görə ittiham edib.
“İfadə azadlığı, fikir azadlığı alyansa daxil olan ölkələrdə qanunsuz deyil”, – deyə baş katib söyləyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İsveçi məlum hadisəyə görə sərt tənqid etmişdi. “İsveç bizdən yaxşılıq gözləməsin”, – deyə o bildirmişdi.