Su hövzələrindən 535 ədəd sintetik tor yığışdırıldı

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində bu günədək ölkənin su hövzələrindən 26 960 metr uzunluğunda 535 ədəd sintetik tor yığışdırılıb.

 

Modern.az-ın xəbərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, su hövzələrinin təmizliyi və balıq populyasiyasına təsirlərin aradan qaldırılmasına yönələn aksiyalar davam etdirilir:

 

“Xidmətin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Astara, Siyəzən, Şabran, Xaçmaz, Neftçala rayonları akvatoriyasında, Mingəçevir, Yenikənd, Ağstafaçay, Şəmkir su anbarlarında, Kür, Araz çaylarında, həmçinin digər daxili su hövzələrində reydlər keçirilir, ərazilər nəzarətdə saxlanılır. Keçirilən reydlər və nəzarət tədbirləri ilə yanaşı 27 mart 2023-cü il tarixindən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində vətəndaşların fəallığı da xüsusi qeyd olunmalıdır”.

Mənbə

Share: