“Barselona”dan ayrılacağı gözlənilən Luis Suares komanda ilə vidalaşıb.
Qol.az “RAC1”ə istinadən xəbər verir ki, uruqvaylı hücumçu klubun bazasında komanda yoldaşları və digər işçilərlə görüşüb.
Bir neçə saat ərzində futbolçunun Kataloniya klubu ilə müqaviləsinə xitam veriləcəyi bildirilib. 33 yaşlı oyunçunun karyerasını “Atletiko”da davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, L.Suares “Barselona”ya 2014-cü ildə “Liverpul”dan keçib.